Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5G ölüm texnologiyasıdırmı?



Britaniyalılar virusa görə niyə Londonu yandırır?

Newscenter.az.9.04.2020
. Böyük Britaniyanın iri telekommunikasiya şirkətləri müştərilərinə müraciət edərək şəbəkələrin məhv edilməsini dayandırmaq üçün kömək istəyib.

Söhbət ondan gedir ki, bu proses hansısa üçüncü dünya ölkəsində yox, ən inkişaf etmiş bir bölgədə - Britaniyada baş verir. Böyük Britaniyada vandallar ən azı 20 ədəd 5G qülləsinə zərər vurublar. Buna səbəb insanların 5G qüllərinin koronavirusu yaydığına inanması olub.
Elm isə ikili arasında hansısa əlaqənin olması bardə bütün faktları rədd edir. Amma dünyanın böyük bir hisssində koronovirusa 5G texnologiyasının tətbiqinin səbəb olduğu iddia edilir.

Bu iddialar necə yayılmağa başladı?
Koronovirusun geniş tüğyan etdiyi ən inkişaf etmiş ölkələr - İtaliya, Cənubi Koreya İKT-nin ən son nailiyyətlərini olduqca geniş istifadə edirlər.
Üstəgəl,Yaponiyanın Yokohoma şəhəri sahillərində üç min sərnişini ilə həftələrlə karantin altında qalan “Diamond Princess” gəmisində dünyanın ən sürətli internetinin istifadə edilməsi bu cür şayiələrə yol açan əsas sübutlar idi. Amma bu günə qədər elm sübut etməyib ki, 5G ilə COVİD-19 arasında hansısa bağ var, bir halda ki, virusun heyvanlardan insanlara keçdiyi də artıq sübut edilib.
Radiasiya 5G texnologiyasının əsas elementidir, bizi isə hansısa virus yox, radiasiya sayəsində dəyişdirilmiş gen təhdid edir.
Bəs, haqqında söhbət açılan 5G nədir?

5G (ing. fifth generation) — 5-ci nəsil kabelsiz mobil texnologiya. 5G texnologiyası tərifi barədə fikir ayrılıqları var. İTU İMT-2020 standartlarına görə 5G saniyədə 20 Qiqabitə qədər sürətli internet təmin edə bilər, amma bu yalnız yüksək tezlikdə (15 Qiqahers və yuxarı) mümkündür. Ən son 3GPP standartına görə isə 5G aşağı tezlikdə, 600 MHs-dən 6 GHs-ə istifadə oluna bilər. Amma bu 4G ilə müqayisədə ancaq 15-50 % daha sürətlidir. Buna görə də aşağı tezlikdə 5G texnologiyası 4G texnologiyasının "təkamülü" adlandırıla bilər.
Çinin mobil rabitə operatorları qarşıdakı 5 il ərzində 5G şəbəkəsinə 220 milyard ABŞ dolları sərf edəcəklər. Proqnozlara görə, 2025-ci ilədək Çində 5G istifadəçilərinin sayı 460 milyona çatacaq ki, bu da dünyada ən böyük 5G bazarı olacaq.

Başqa sözlə, kim 5G tətbiqini daha tez reallaşdırsa, dünyaya onu dəstəkləyən yeni telefonları da təqdim edəcək və bu da müasir dünyaya yeni sahibin kim olduğunu da təqdim edəcək, ya da təsdiqləyəcək.

İndi az da olsa, aydın olur ki, koronovirusun 5G ilə nəinki əlaqəsi, hətta birbaşa iddia edilən formada yox, dünayaya texnoloji sahiblik fonunda əlaqəsi var. Virus hansı ölkənin iqtisadiyyatını məhv edəcəksə, o bu texnologiyaya daha az şəkildə sahib olacaq.
Bu isə öz növbəsində təkcə maliyyə itkisi deyil, internet sürəti hesabına dünyanın informasiya arxivinin ələ keçirilməsi, data-bazasın sahib olmaq anlamına da gəlir.

5G digər mənada ifadə etsək, bir texnoloji silahdır.
Artıq bilirik ki, qitələrarası hərəkət edən ballastik raketlər, Yeri öz oxu ətrafından oynadan, gecikdirən, qütblərin maqnit dalğalarını pozan silahlar yaradılıb.

Onların idarəedilməsi də yaradılması qədər vacibdir, 5 G-nin sürəti imkan verir ki, ona sahib olan güc daha çevik hərəkət etsin, hesablamaları sürətlə və dəqiq toplasın, müdafiə və hücum arasında daha rahat, uğurlu trayektoriya cızsın.
Biz bu halda bu gün sayəsində karantin yaşadığımız virusdan daha təhlükəsi düşmənlə üz-üzəyik. Yer kürəsi həqiqətən də tabuta bənzəməyə başlayıb, insanlar cənazə olsalar da, bu “ölülər” tabutlarına son mismarı da özləri vurmuş olacaqlar.

Əziz Əlibəyli
Xəbəri paylaş