Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA vətəndaşlara çağırış etdi



Newscenter.az.11.04.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

Agentlikdən Newscenter.az-a bildirilib ki, AQTA heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır.

AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmərlərindən istifadə etməyə çağırır.

Orxan
Xəbəri paylaş