Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Xalq-dövlət birliyi, həmrəylik “5-ci kolon”un nümayəndələrini narahat edir”



Nərmin Hüseynzadə: “Bu qüvvələr ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən işləri fərqli istiqamətə yozur, ictimai fikri çaşdırmağa çalışırlar”

Newscenter.az.13.04.2020
. Son günlər Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində görülən işlər daha çox müzakirə edilir, dövlətin atdığı addımlar cəmiyyətimizdə təqdir olunur. Yeni tibb müəssisəsinin və tibbi maska, gigiyenik vasitələr istehsal edən müəssisənin açılışından tutmuş, Azərbaycanın koronavirusla mübarizədə hətta xarici ölkələrə, beynəlxalq təşkilata-ÜST-yə 5 milyon dollar yardım ayırması və digər müsbət tədbir və qərarlar vətəndaşlarımızda məmnunluq yaradır. Təəssüflər olsun ki, bütün bu kimi operativ tədbirlərə, vətəndaşların və ümumilikdə xalqın milli təhlükəsizliyinə xidmət edən qərar və qanunlara dırnaqarası baxıb sosial şəbəkələrdə arzuolunmaz təbliğat və dezinformasiyalar yayanlar da var. Bunlar əsasən “5-ci kolon”un nümayəndələridir ki, onların da fəaliyyəti daim xaricdən tapşırıq və xüsusi göstərişlərlə tənzimlənib.

Yeni Azərbaycan Partiyası(YAP) Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə deyib ki, indiki çətin dövrdə bəzi qüvvələrin belə ucuz, uğursuz kampaniyalarla dövlətin üzərinə getməyə çalışması, bir çox hallarda dezinformasiya yayması və görülən müsbət işlərə qara yaxması təəssüf hissi doğurur:

“Hazırda bütün dünya dəhşətli pandemiya ilə mübarizə aparır ki, bu cür ağır situasiyaya da heç bir dövlət, hətta inkişaf etmiş ölkələr, superdövlətlər belə hazır deyildilər. Bu səbəbdən də hələ də dərmanı tapılmayan yeni növ koronavirus(COVID-19) dünya əhalisini təşfişdə saxlamaqda və xeyli sayda tələfata səbəb olmaqda davam edir. Dünyada yaranmış belə bir ağır mənzərə fonunda son illərin nəinki regionda, ümumən Avropada öz iqtisadi inkişafı ilə seçilən dövləti olan Azərbaycan koronavirusla mübarizə tədbirlərində də seçilir. Ölkəmizin adı Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən də koronavirusla effektli mübarizə tədbirlərinə görə öncüllər sırasında çəkilir. Təbii ki, bütün bunlar da təsadüfdən yaranmayıb, cənab Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan bir çox Qərb dövlətlərinə nümunə kimi göstərilir. Yeri gəlmişkən onu da vurğulayım ki, bəzi Qərb dövlətlərindən və xüsusi maraqlara xidmət edən beynəlxalq təşkilatlardan, fondlardan maliyyələşən, siyasi və digər dəstəklər alan “5-ci kolon”un Azərbaycandakı təmsilçiləri də indiki çətin və arzuolunmaz durumdan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar müəyyən mənada koronavirus pandemiyasının yaratdığı faciədən xal toplamağa cəhdlər edirlər. Bütün bu kimi cəhdləri, anormal fəaliyyətləri həmin “5-ci kolon” nümayəndələrinin sosial şəbəkələrdəki aktivliyindən də hiss etmək olar. Bu qüvvələr ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən işləri fərqli istiqamətə yozur, ictimai fikri çaşdırmağa çalışırlar. Yəni daim sosiallıqdan istifadə edərək ictimai fikrə mənfi yöndən təsir etməyə çalışan bu “5-ci kolon”un nümayəndələrinin müsbət işlərə, dövlətin vətəndaşların xeyri üçün atdığı addımlara “qara eynək”lə baxması artıq cəmiyyətimizdə də qıcıq doğurur”.

Nərmin Hüseynzadə qeyd edib ki, öz ağalarından müvafiq tapşırıqlar alanlar indiki çətin durumda da xalqla həmrəy olmaq əvəzinə əvvəlki əməllərini davam etdirirlər, hətta sosial izolyasiya tədbirləri ilə bağlı atılan vacib və müsbət addımlara da qulp qoymaqdan çəkinmirlər:

“Halbuki, bu cür tədbirlər qaçılmazdır, hazırda dünyanın demək olar ki, bütün ölkələri bu tip qərarlar verir, insanları evlərə qapayaraq virusdan maksimum uzaq tutmağa çalışırlar. “5-ci kolon”nun nümayəndələri əlbəttə ki, ölkədə atılan müsbət addımları dilə gətirməzlər. Çünki bu adamlara Azərbaycan hökumətinin hələ ilin əvvəlindən koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə atdığı qabaqlayıcı addımlar sərf etmirdi... Bütün dünya, hətta “5-ci kolon”un Azərbaycandakı təmsilçilərinin ağalarının olduğu bəzi Qərb dövlətləri virusun yarada biləcəyi fəsadları qulaqardına vurduğu bir vaxtda, yəni ilin əvvəlində Azərbaycan opertiv şəkildə bir sıra qabaqlayıcı tədbirlər gördü! Prezident cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkədə təhsil müəssisələrində təlim-tədris prosesinin, ardınca bütün kütləvi tədbirlərin dayandırılması, o cümlədən, pandemiyanın (COVİD-19) geniş yayıldığı ölkələrlə sərhədlərin bağlanması atılan müdrik addımlar idi. Bütün bunların ardınca qısa zamanda ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi, şəhər və rayonlararası nəqliyyatın, həmçinin Bakı Metropoliteninin fəaliyyətinin dayandırılması, ələlxüsus, insanların tam şəkildə sosial təcrid şəraitinə keçməsi Azərbaycanın indiki virusdan az zərərlə çıxmasına gətirib çıxardı. Bütün bunları görmək üçün, reallığı söyləmək üçün mənfur qüvvələrə nə mane olur axı?!

Sadəcə olaraq bu adamların bir qorxusu var ki, bu da xalq-dövlət həmrəyliyinin bu günlərdə daha da güclənməsi oldu. Yəni “5-ci kolon”un nümayəndələri hər müsbət işə ləkə yaxmağa çalışmaqla bu günlərdə vətəndaşların Prezidentə, onun müdrik siyasətinə həmrəylik göstərərək dəstək verməsindən daha da qıcıqlanırlar... Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir neçə dəfə xalqa müraciət etməsi, hər kəsi bu hələlik dərmanı bilinməyən virusla mübarizədə həmrəyliyə səsləməsi xalq-dövlət birliyini daha da sıxlaşdırdı. Hamıya bəllidir ki, ölkə başçısı karantin rejiminin tətbiq olunduğu dövrdə sosial durumu pis olan, işsiz qalan insanların maddi rifahının yaxşılaşdırılması ilə bağlı birdəfəlik müavinətlərin verilməsinə dair tapşırıqlar verdi ki, bu da cəmiyyətimizdə müsbət qarşılandı. “5-ci kolon” da təbii ki, buna bir qulp qoşacaqdı, hətta sahibkarlara yardım, kənd təsərrüfatına ayrılan vəsaitlər və başqa bu kimi həyata keçirilən tədbirləri də görməzdən gələcəkdi. Cənab Prezidentin Sərəncamı ilə Koronavirusa Dəstək Fondunun yaradılması isə bu həmrəyliyin pik nöqtəsi sayıla bilər. Ölkə rəhbərinin çağırışı, bu nəcib addımı ilə nəinki hüquqi şəxslər, iş adamları, fiziki şəxslər, adi vətəndaşlar belə Fonda ianələrini əsirgəmədilər. Çünki bu Fond xalqın əvvəlki illərdə olduğu kimi yenə də ağır günlərdə bir olmasını bacardığını sübut etdi. Bu birlik, həmrəylik, xalq-dövlət birliyindən yaranan güc “5-ci kolon”un nümayəndələrini narahat edir və onların çabaları əhəmiyyətsiz olduğu kimi, öz əleyhlərinə də işləməkdə davam edəcək!”.
Xəbəri paylaş