Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimiz hər zaman xalqın sağlamlığı, rahatlığı üçün lazım olan addımlar atır



Newscenter.az.15.04.2020. Dövlətimiz hər zaman xalqın sağlamlığı, rahatlığı üçün bir sıra addımlar atır. Koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib .

Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təlim tədris prosesləri dayandırıldığından Təhsil Nazirliyi ali təhsil müəssələrində təhsil alan tələbələrin təhsil haqlarından azad edib.

Təhsil Nazirliyinə qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.
Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.

Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.

Qeyd edək ki, bu qrupa aid edilən tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyən ediləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.

Bundan əlavə xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 2 misli miqdarında müddətli əlavə müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi də Prezidentimizin dəstəyinin sübutudur.

Biz gənclər Prezidentimizə təşəkkür edirik. Hər zaman ona dəstək olmağa söz veririk çünki, biz birlikdə güclüyük.

Fuad Heydərli
YAP Səbail rayon Gəncler Birliyinin sədr müavini
Xəbəri paylaş