Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soğanın qiymətində 50 faiz ucuzlaşma qeydə alınıb



Newscenter.az.15.04.2020. Bərdədə payızda əkilmiş soğanın yığımına başlanıb.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tələbat çox olduğundan məhsul sahələrdən birbaşa satış mərkəzlərinə göndərilir.

Nazirlikdən bildirilib ki, təzə məhsulun yığılmağı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsir göstərəcək. Artıq soğanın qiymətində 50 faiz ucuzlaşma qeydə alınıb. Tədarük edilən məhsulun xarici ölkələrə ixracı da nəzərdə tutulur. Bərdəli fermerlər soğan ixracı ilə bağlı Rusiya, Ukrayna, Türkiyə və Polşadan çoxlu sifarişlər alıblar.

Orxan
Xəbəri paylaş