Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərin məşhurlarla görüşünə start verilir



Newscenter.az.20.04.2020. Gənclər və İdman Nazirliyi tərəfindən “Armudu” layihəsi çərçivəsində gənclərin məşhurlarla görüşü ilk dəfə 02.02.2020-ci il tarixdə Azərbaycan "Gənclər günü" ndə reallaşdırılmışdı. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil olunması və onların müxtəlif sahələrdən olan məşhur simalarla canlı ünsiyyətinə şəraitin yaradılmasıdır.

Cari ilin fevral ayında əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli nasir yazıçımız Baba Vəziroğlu və teatr və kino aktrisası, xalq artisti Mehriban Zəki ilə 300-ə yaxın gəncin iştirakı ilə görüş keçirildi.

Nazirlikdən Newscenter.az-a bildirilib ki, layihənin davamı olaraq, koronavirus infeksiyası ilə bağlı ölkəmizdə elan edilmiş karantin müddətində #evdəqalinkişafet şüarı ilə 23 aprel tarixdə gənclər tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə ilə onlayn görüşmək imkanı əldə edəcəklər. Qeydiyyatdan keçmək mütləqdir! Son qeydiyyat tarixi aprelin 22-dir.

Sevinc
Xəbəri paylaş