Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danışıqların yeni mərhələsi başlayır



Newscenter.az.21.04.2020. "ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri videokonfransla Qarabağ münaqişəsinin nizamlanmasını müzakirəsi etməsi, koronovirus başlayandan bəri, ilk təmasdı. Pandemiyaya görə, danışıqları yubatmaq olmazdı"

Newscenter.az xəbər verir ki, bu fikirləri Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, hələ bir müddət bundan əvvəl, danışıqların viodeokonfransla keçirilməsi təklifini irəli sürüb:

"Qeyd edim ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra, bu, ilk təmasdı və bu, danışıqlar əsasən Rusiyanın təklifi ilə reallaşır. Moskva çalışır ki, cəbhədə və sərhəddə atəşkəs qorunub saxlanılsın. Bir neçə gün bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıqların davam etdiyini vurğulamışdı. Ermənistan dövlət sərhəddində təxribatlar etdi, Qarabağda qanunsuz seçki keçirəndən sonra, danışıqlar masasına gəldi. Azərbaycan da Paşinyan iqtidarına Ermənistan daxilində Qarabağ klanını zəiflətmək və Qarabağda öz adamlarını rəhbərliyə gətirib proseslərə tam nəzarəti ələ almaq üçün müəyyən qədər şans vermişdi. Hazırda Erənistan üçün şans limiti bitib. Konkret olaraq Azərbaycan qəti şəkildə Ermənistan işğal etdiyi ərazilərin boşladılmasını tələb etməlidir”.

Politoloq deyib ki, Nikol Paşinyan yenidən separatçıların tərəf kimi danışıqlarda yer almasını qaldırır:

"Qarabağdakı separatçıların rəhbəri heç bir əhəmiyyətli siyasi statusa malik deyil. Azərbaycan üçün onlar, yalnız Qarabağın erməni icmasıdır və onların danışıqlarda iştirakı mümkün deyil. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ klanını əhəmiyyətli şəkildə zəiflədib. Onların siyasi iştirakının Ermənistanda və Qarabağda qarşısnı alıb. Hazırkı mərhələdə Paşinyan üçün ən məqbul yol Qarabağ danışıqlarında ciddi kompromisə getməli, post-korono dövründə regionda yeni nizam və sülhün əldə edilməsi olmalıdır. Bu istiqamətdə ABŞ və Avropa Birliyini təmsil edən Fransa Ermənistana ciddi təzyiq etməsə diplomatik danışıqlarda heç bir nəticə olmayacaq. Çünki, regonda sülhün əldə edilməsi ABŞ və Avropa Birlyinin maraqlarına cavab veriir. Yoxsa, bu danışıqlar status-kvonun qorunmasına hesablanacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, artıq, danışıqların yeni mərhələsi başlayır:

“Bu, həlledici olmaldır. Rusiya yenidən Kazan formulunu masaya gətirib. Danışıqlar, yalnız real həllə söykənməlidir. Azərbaycan artıq Ermənistana vaxt verməlidir. Bu ölkədə siyasi sistem tam dəyişib, hərbi xunta sistemi fiaskoya uğrayıb. Paşinyan üçün daxildə demək olar ki, maneə qalmayıb. Əgər, Paşinyan bu məsələdə Rusiya ilə koordinasiyalı çalışarsa, əraziləri danışıqlar yolu ilə boşaltmayacaq, vaxtı uzadacaq. Azərbaycan belə mənasız danışqlara təhəmmül etməməli, hərbi təzyiqləri işə salmalıdır. Videokonfrans danışıqları yalnız atəşəkəsə əməl edilməsinə, insdentlərdən çəkinməyə hesablanıb. Belə bir danışıqlar Azərbaycan üçün vacib deyil”.

Mehman
Xəbəri paylaş