Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

GİN-dən yeni layihə-“Evdə qal, təbliğatdan qalma!”



Newscenter.az.24.04.2020. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində gənclərin Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında biliklərini artırmaq, eyni zamanda, bu sahədə aparılan təbliğat işində onların iştirakını yüksəltmək məqsədilə “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına başlayır.

Newscenter.az-a nazirlikdən bildirilib ki, kampaniya çərçivəsində gənclər Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında məlumatlar, sənədli filmlər, işğal altındakı rayonlarımız haqqında 3D qrafik təsvirli filmlər, infoqrafika və infovideolar, elektron albomlar, virtual muzey və elektron kitabxana, musiqilər, “Google Arts & Culture” onlayn platformasında Qarabağ mövzusunda nümayiş olunan sərgilər, digər foto və video materiallarla tanış ola, onları sosial şəbəkələrdə #Evdəqaltəbliğatdanqalma, #Qarabağıtanı, #Qarabağıtanıt,#оставайся_дома_не_оставайся_безучастным, #знай_правду_о_Карабахе,#расскажи_миру_правду_о_Карабахе, #stayathomestaypromoting,#knowKarabakh, #makeKarabakhknown,#Evdekaltanıtımdankalma, #Karabağıtanı, #Karabağıtanıt həştəqləri ilə paylaşa bilərlər.

Sevinc
Xəbəri paylaş