Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" İB-"Kimlərinsə 5 il əvvəl baş verən bir hadisəni ictimailəşdirmək cəhdləri başa düşülən deyil"-VIDEO



Newscenter.az.25.04.2020. Bir neçə gündür ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsi rəisinin Cəlilabad Xidmət Sahəsi üzrə müavini işləmiş Günəşli Nurəliyevin videogörüntüləri yayımlanıb. Həmin kadrlarda adı çəkilən şəxsin jurnalistlə kobud rəftarı yer alıb.

Newscenter.az-ın xəbərinə görə, "Azəriqaz" İstehsalat Birliyi bununla bağlı bildirir ki, bu hadisə 2015-ci ildə baş verib və rayonda qanunsuz olaraq qazdan istifadə edən abonentlərlə mübarizə aparan Günəşli Nurəliyev dəfələrlə mübahisəli durumlara düşdüyündən həmin vaxt da əsəblərinə hakim ola bilməyib.

Belə ki, həmin dövrdə Cəlilabad rayonunda sayğacların çıxardılaraq gizlədilməsi və qaz xətlərinə qanunsuz olaraq qoşulma hallarına çox rast gəlinib. Sözsüz ki, belə hallarla mübarizədə qarşıdurmalar yaşanıb. Görüntülərdəki Cəlilabad rayonunun Adnalı kəndindən olan jurnalistin də belə bir problemi olub. İstənilən halda Günəşli Nurəliyev jurnalistlə münasibətdə yol verdiyi qüsurlu hərəkətlərinə görə işdən azad olunub. O, uzun müddət işsiz qalıb və yalnız bu yaxınlarda səhvi bağışlanaraq rayonlardan birində mühəndis kimi fəaliyyətə başlayıb.

Kimlərinsə 5 il əvvəl baş verən bir hadisəni ictimailəşdirmək cəhdləri başa düşülən deyil. Bu əməli törədən ən əsası vaxtında cəzasını alıb və uzun müddət səhvinə görə qaz təsərrüfatına qaytarılmayıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, kiminsə vaxtilə törətdiyi hadisəyə dair xoşagəlməz görüntülərin təkrar olaraq gündəmə gəlməsi o insanın psixoloji durumuna da mənfi təsir edir.

Zaur

“AZƏRİQAZ” İB: “VAXTİLƏ CƏZALANDIRILMIŞ BİR ŞƏXSİN GÖRÜNTÜLƏRİNİ YENİDƏN GÜNDƏMƏ GƏTİRMƏK BAŞADÜŞÜLƏN DEYİL” Bir neçə gündür ki, sosial şəbəkələrdə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsi rəisinin Cəlilabad Xidmət Sahəsi üzrə müavini işləmiş Günəşli Nurəliyevin videogörüntüləri yayımlanıb. Həmin kadrlarda adı çəkilən şəxsin jurnalistlə kobud rəftarı yer alıb. Bildirmək istərdik ki, bu hadisə 2015-ci ildə baş verib və rayonda qanunsuz olaraq qazdan istifadə edən abonentlərlə mübarizə aparan Günəşli Nurəliyev dəfələrlə mübahisəli durumlara düşdüyündən həmin vaxt da əsəblərinə hakim ola bilməyib. Belə ki, həmin dövrdə Cəlilabad rayonunda sayğacların çıxardılaraq gizlədilməsi və qaz xətlərinə qanunsuz olaraq qoşulma hallarına çox rast gəlinib. Sözsüz ki, belə hallarla mübarizədə qarşıdurmalar yaşanıb. Görüntülərdəki Cəlilabad rayonunun Adnalı kəndindən olan jurnalistin də belə bir problemi olub. İstənilən halda Günəşli Nurəliyev jurnalistlə münasibətdə yol verdiyi qüsurlu hərəkətlərinə görə işdən azad olunub. O, uzun müddət işsiz qalıb və yalnız bu yaxınlarda səhvi bağışlanaraq rayonlardan birində mühəndis kimi fəaliyyətə başlayıb. Kimlərinsə 5 il əvvəl baş verən bir hadisəni ictimailəşdirmək cəhdləri başa düşülən deyil. Bu əməli törədən ən əsası vaxtında cəzasını alıb və uzun müddət səhvinə görə qaz təsərrüfatına qaytarılmayıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, kiminsə vaxtilə törətdiyi hadisəyə dair xoşagəlməz görüntülərin təkrar olaraq gündəmə gəlməsi o insanın psixoloji durumuna da mənfi təsir edir.

Gepostet von Azəriqaz İB am Samstag, 25. April 2020
Xəbəri paylaş