Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Assosiasiyanın (UITP) rəsmi saytında Azərbaycan barədə məqalə



Newscenter.az.2.05.2020. İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) rəsmi saytında Azərbaycanla əlaqədar yazı yerləşdirilib.

Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, sözügedən saytda "Bakıda Hərəkətin Təminatçıları ön cəbhədə" başlığı ilə koronavirus pandemiyası dövründə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər, Bakı Nəqliyyat Agentliyinin ictimai nəqliyyatın fasiləsizliyinin və sərnişinlərin təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən məqalə dərc edilib.

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.uitp.org/news/guardians-mobility-front-lines-baku-azerbaijan?fbclid=IwAR2kXKuMpCZSrcjRrIhIr6rYjVsGMai9zjLInW64QYVv-4QsK_druJwxrug
Xəbəri paylaş