Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP könüllüləri 200-dən artıq ailə üçün partiyanın yardımlarını paylayıblar



Newscenter.az.3.05.2020. Ölkəmizdə dövlətimizin koronavirusa qarşı apardığı ilk gündən bu mübarizəyə qoşulan Yeni Azərbaycan Partiyasının üzvü olan könüllü gənclər yorulmadan fəaliyyət göstərirlər.

Newscenter.az xəbər verir ki, həm sosial şəbəkələr vasitəsilə, həm də sosial məsafəyə əməl etməklə aztəminatlı, köməyə ehtiyac olan, həssas qrup ailələrə məmnuniyyətlə müxtəlif xidmət edirlər.

Mayın 2-də YAP Nəsimi rayon təşkilatı tərəfindən 7 ailə üçün hazırlanmış yardımı ünvanlarına çatdırılıb. Bu günə qədər isə YAP könüllüləri ümumilikdə 200-dən artıq ailə üçün Yeni Azərbaycan Partiyasının yardımları paylanıb.

YAP Könüllülər ölkəmizdə koronavirusla mübarizə başa çatanadək, fəaliyyətlərini davam etdirəcəklər.
Xəbəri paylaş