Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Karantin rejimini pozan 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib



Newscenter.az.4.05.2020. Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Newscenter.az-ın xəbərinə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Xəbəri paylaş