Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sahibkarlar üçün ödənişsiz videotəlimləri davam etdirir



Newscenter.az.8.05.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.

Newscenter.az-a Agentlikdən bildirilib ki, 12 may, saat 15:00-da keçiriləcək növbəti videotəlimdə pandemiya dövründə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti, epidemioloji vəziyyəti nəzərə alaraq ictimai iaşə müəssisələrinin işinin təşkili ilə bağlı tövsiyələr, karantin rejimindən mərhələli çıxış üzrə ictimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar, ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlərdə əksini tapan məsələlər müzakirə olunacaq. Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri ilə birgə keçiriləcək təlimdə sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203, 222) və (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Orxan
Xəbəri paylaş