Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan daxilində siyasi vəziyyət mürəkkəbləşir



Newscenter.az.8.05.2020. “Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında növbəti dəfə 2018-ci ildən bəri Qarabağ danışıqlarında mövqeyinin dəyişmədiyini və mərhələli həll planına uyğun danışıqlarda maraqlı olmadığını vurğulayıb. Qeyd edim ki, Paşinyanın əsas təklifi separatçıları danışıqlar masasına gətirməkdir və bu təklifi yenidən gündəmə gətirməyə çalışır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Paşinyanın paralmentdə bu açıqlaması birbaşa Rusiyaya meydan oxumaqdır:

“Ermənistanda qatı anti-Rusiya isterikası baş nazir səviyyəsində aparılır. Amma, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici idarəsi kimi özünü xarakterizə edir. Əsasən Lavrov Ermənistanı qorumaqla məşğuldir və dəstəyi hər gün artırır”.

Politoloq deyib ki, Ermənistan daxilində siyasi vəziyyət mürəkkəbləşir və Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir: “Demək olar ki, o öz hakimiyyətini qorumaqla məşğul olacaq. Bundan sonra onun Qarabağla bağlı mövqeyində real dəyişiklilərə getməsi gözlənilmir. Azərbaycan hərbi cəhətdən işğalçı ölkəyə preventiv zərbələr endirməlidir. Danışıqların aparılması vaxt itkisidir və Minsk qrupunun fəaliyyətində yeni bir yanaşma yoxdur”.
Xəbəri paylaş