Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metro stansiyalarındakı apteklərdə də maska satılacaq

Metro stansiyalarındakı apteklərdə də maska satılacaq


Newscenter.az.8.05.2020. Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı “Bakı Metropoliteni” QSC yayıb. Bildirilib ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Anar
Xəbəri paylaş