Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz Türkiyə üçün geosiyasi strateji məkandı

Cənubi Qafqaz Türkiyə üçün geosiyasi strateji məkandı


Newscenter.az.20.05.2020. “Beynəlxalq siyasi-hərbi münasibətlər sistemində davam edən probelemlər dünyada yeni nizamın formalşamasına gətirib çıxaracaq”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, COVİD 19 pandemiyası və bunun iqtisadi və siyasi münasibətlərə təsiri, ABŞ və Çin arasında yeni müstəvidə başlayan siyasi-ticari münaqişə kifayət qədər qlobal müstəvidə problemlərə yol açacaq:

“Qeyd edim ki, qlobal müstəvidə aparıcılıq uğrunda bir neçə ölkə mübarizə aparır. Bunlar arasında daha fəal Türkiyədə var. Çünki, Türkiyənin yerləşdiyi coğrafiya Şərqlə Qərb arasında mühüm geosiyasi kəsişmədi və Yaxın Şərqdə davam edən müharibədə əsas aktordu. Bundan əlavə Aralıq dənizində hakim mövqeyi və Liviyada maraqlar toqquşmasında öz mövqeyini möhkəmləndirməsi, Türkiyəni yaxın perspektivdə regional güc müstəvisindən daha da artıq mövqeyə gətirəcək. Liviyada davam edən müharibə böyük dövlətlərin maraq toqquşmasıdır və artıq Türkiyə rəsmi hakimiyyəti müdafiə etməklə, həlledici qələbə qazanır. Rusiya, ABŞ və Avropa artıq Türkiyənin Orta Şərqdə varlığını qəbul etməkdədirlər. Bir sözlə, Azərbaycanın təbii müttəfiqi Türkiyə beynəlxalq siyasi areanada yeni güc olaraq ortaya çıxır”.

Politoloq deyib ki, Türkiyənin Liviyada və Yaxın Şərqdə qələbə qazanması, bu ölkənin Cənubi Qafqazda maraqlarının müdafiəsini şərtləndirir. Çünki, Cənubi Qafqaz Türkiyə üçün geosiyasi strateji məkandı və buradan Mərkəzi Asiyaya çıxış imkanıdır:

“Ona görə də Türkiyənin qələbəsi yeni Qafqaz siyasətinə gətirəcək. Qeyd edim ki, Bakı-Tiflis-Qars dəmiryolu Türkiyənin iqtisadi Qafqaz siyasətidir və buradan Mərkəzi Asiyaya açılımıdır. Türkiyə faktoru region üçün önəmlidir və geosiyasi müstəvidə bu labüd olacaq. Hazırda Rusiyanın bundan sonra iqtisadi müstəvidə güc qazanması mümkün deyil. Beynəlxalq siyasəti əvvəlki illər kimi aparıcı deyil. Artıq, regional çərçivəyə sıxışır. Baş verənlər Türkiyənin rolunu gücləndirə bilər. Bu da Qarabağ münaqişəsində Ankaranın rolunu artıracaq”.

Anar
Xəbəri paylaş