Impera

XƏBƏR LENTİ
20:09Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib19:32“Azərpoçt” bayram günlərində növbəli iş rejiminə keçəcək19:00Gələn ay bəzi ölkələrə aviareyslər bərpa oluna bilər18:43İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək18:29Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir18:10Karantin rejimi dövründə ərzaq satışı məntəqələrinə nəzarət tədbirləri genişləndirilib17:52MOK- un təşəbbüsü ilə üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub17:40Ceyranbatan su anbarlarında əsaslı yenidənqurma işləri aparılır17:25Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi17:12Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI17:10Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb17:06Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub16:55YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib16:43"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb16:36Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək-VİDEO16:19DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu16:07Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edib15:48BMU-da İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaq15:35Ələt azad iqtisadi zonası yaradılıb15:22"Məktəb psixoloqundan tövsiyələr": XXIV videoçarx15:12Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib15:10Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi15:08Prezident ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsi təltif etdi - SİYAHI15:01Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı14:53Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək14:42Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var-VİDEO14:26Milli Məclisin sədri Sahibə Qafarova seçicilərin növbəti onlayn qəbulunu keçirib14:16“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib14:08İspaniya Azərbaucanlılari Birliyi etiraz bəyanatı yaydı14:00Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir13:55Qaz xəttini bərpa edən “Azəriqaz” əməkdaşlarına mane olublar13:47Sabah güclü külək əsəcək13:33“Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib13:25"Bulaq" restoranında karantin qaydalarına xidd fəaliyyət aşkar edildi13:15Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var12:45Azərbaycanın könüllülər hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur12:31Millət vəkilindən sensassiyalı açıqlama-Anti-korrupsiya tədbirlərinin müsbət nəticələrini hiss edənlərdən biri də mənəm12:20Daha bir icra başçısı işdən çıxarıldı12:13ASAN Xidmətin 21 əməkdaşına xəbərdarlıq edilib12:05Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 200 mini ötdü12:00Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub11:46İTV-nin 1 800 dollarlıq avadanlıqları oğurlanaraq 60 manata satıldı11:35“Bibiheybət” yatağında yeni yaşıllıq zolaqları salınır-FOTOLAR11:28Qadın xəbəri olmadan 20 ildir pensiyasının alındığını deyir - VİDEO11:20Qəbələdə qoyun oğruları saxlanıldı11:10Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib11:04Beyləqanda ağır yol qəzası, ölən var10:37Bu yolda hərəkət məhdudlaşdırılır10:20Cəbhəboyu zonada yeni hərbi hissələr tikilir-VIDEO10:08Kaspersky: Dünyadakı işçilərin üçdə biri pandemiya zamanı daha çox işləyib10:00“Baktelecom” “İçərişəhər” qoruğu və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib09:5030 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək09:40Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir09:30Millət vəkili seçiciləri üçün onlayn qəbul keçirib-FOTOLAR09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00“AzerGold” Çovdar yatağının resurslarını 47% artırıb21:11Realmadrid Fondundan idman içtimaiyyətinə dəstək20:17DSX-da keçirilən əməliyyatın videosu yayıldı19:29Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı açıqlama yaydı18:08Azərbaycanda polietilen torbaların satışı qadağan ediləcək17:54Baş Prokurorluqda daha bir təyinat olub17:43Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin edildi17:11Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu16:43Azərbaycanda temperatur 8-10 dərəcə aşağı enəcək, güclü külək əsəcək16:30Prezident yeni icra başçılarına: “İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam”16:15Baş prokurora daha 2 müavin təyin edildi15:51Rüstəm Usubov vəzifədən azad edildi15:24Məzahir Əfəndiyev: "Vətəndaş dövlətinə güvənir"15:14Ermənistanda hərbçiləri daşıyan avtomobil yanıb, polkovnik ölüb15:08Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar bəyanat yaydı14:30Energetika nazirinin müavini dəyişib14:16Əbülfəs Qarayev işdən çıxarıldı13:30Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub - VİDEO13:20Prezident iki rayona yeni icra başçısı təyin etdi13:00Sabah 36 dərəcə isti olacaq12:40Azərbaycanda sürülərin yaylağa köçü başlayıb12:26Millət vəkilləri Belçika səfiri ilə görüşüblər12:11DOST vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi üçün yeni bir imkandır11:56Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötdü11:41Fermerlərə yazlıq əkinlərinə görə subsidiya ödənişlərinə başlanıb11:35May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi11:20"Azəriqaz" bayram günlərində də müştəri xidmətlərinin göstərilməsini davam etdirəcək11:04"Məktəb psixoloqundan tövsiyələr": XXIII videoçarx10:57Yevlaxda qaraçılar polisə xəsarət yetirib10:39Kəmaləddin Heydərov qəza törətdi və hadisə yerindən uzaqlaşdı-VIDEO10:25Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb10:15“Bakı Taksi Xidməti”nin avtomobillərində koronavirusla bağlı qabaqlayıcı tədbirlər davam etdirilir09:50HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar - VİDEO09:30Kaspersky, şəffaflıq mərkəzlərinə virtual giriş açır və yeni təlim proqramına başlayır09:12Atəşkəs rejimi 22 dəfə pozulub09:00Orucluq iimmuniteti zəiflətmir22:13“Space”in yayımı daha üç saat dayandırılacaq21:27Koronavirusun dünyaya vurduğu ziyanın miqdarı açıqlandı20:29Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır20:21Ya qəhrəman, ya general, ya da şəhid olacağam-Bir qazinin dəhşətli döyüş hekayəsi19:30Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi19:00Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir18:44Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər veriləcək18:28İki rayona yeni prokuror təyin edildi18:15Prezident DTX ilə bağlı fərman imzaladı
BÜTÜN XƏBƏRLƏR
Mayıs 2020 (871)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)

«    May 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ya qəhrəman, ya general, ya da şəhid olacağam-Bir qazinin dəhşətli döyüş hekayəsi

20 May 2020, 20:21   


Newscenter.az.20.05.2020. "Qolum sanki havadan asılı qalmışdı. Bəlkə də bir tikə ətin ilişkisi olmasaydı yerə düşəcəkdi. Qalxmaq istədim. Ayağım sözümə baxmadı. Elə bildim ki, onu da itirmişəm. Birinci partlayış ayağımı, ikincisi isə qolumu yaralamışdı. Yenidən təkan verəndə üçüncü minanın lap yaxınlığında olduğumu anladım. Deyəsən uca Yaradanın nəzəri üstümdə imiş. Yoxsa üçüncüdən qurtulmaq mümkün olmazdı.
Günəş ətrafı yenicə işıqlandırmışdı. Ağrılar içində qıvrılırdım. Amma çalışırdım ki, kimsə hiss eləməsin. Hələ üstəlik həmin partlayışda Fuad Əsgərov bir gözünü itirmişdi. Nədənsə, daha çox onun halına acıyırdım. Tapançaya əl atdım, yerində yox idi. Avtomatı da götürmüşdülər. Hamının çıxması üçün əmr etdim. Üç nəfər qaldıq. Sanitar Şahin Ağayevə dedim ki:
-Silahımı verin, siz də çıxın!
-Silahları uşaqlar apardı.
- Elə isə öz avtomatını ver!
-Yox, verə bilmərəm!

Heç qumbaranı da vermədilər. Məqsədimi anlamışdılar. Bilirdilər ki, düşmənin içinə girib onlarla birgə özümü də partladacağam. Odur ki, "ya birgə çıxmalıyıq, ya da ölümə birgə gedəcəyik” deyib israr etdilər.
Xeyli yol getdik. Mənə elə gəlirdi ki ayağım yerində deyil. Şahin Ağayev yaralarımı sarısa da qan yenidən şoralanırdı. Taqətdən düşürdüm yavaş-yavaş. Artıq gözümün önündə ulduzlar sayrışırdı...
Gözlərimi açanda kimsə məni şillələyirdi.”
İstəkli oxucu, bu hekayət yaralansa belə üç minadan salamat qurtulan, ölümü gözləri ilə görən, ağrılar içində qıvrılarkən silahdaşlarına həyan olmağa çalışan kapitan Anar Məmmədova məxsusdur.

Anar məmləkətimizin baş şəhərində dünyaya göz açıb. Xətaidəki 64 saylı məktəbi başa vurandan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimi olub. Tarixə olan marağı qarı düşmənin zaman-zaman vurduğu yaraların acısını yaşatdırıb ona. Qardaşının və dayılarının hərbi libasını arabir geyinərək "mən də bu libasın sahibi olmalıyam, düşməni yalnız dizimin təpəri, qolumun qüvvəti ilə deyil, həm də ağlımın, savadımın gücü ilə yenməliyəm!” deyib arzularına çatmaq üçün həm də fiziki cəhətdən özünü hazırlayıb. Karate və taekvando ilə mütəmadi məşğul olub.

XXX

-"20 Yanvar dəhşəti, Xocalı soyqırımı və xalqımıza qarşı törədilən digər qətliamlar uşaq yaddaşımda dərin iz buraxmışdı. O qanlı olayları unutmaq mənim üçün çox çətin idi. Elə ona görə də içimdə nifrət hissi boy atırdı. İnanırdım ki o hiss bir gün öldürücü silaha çevrilib düşmənə tuşlanacaq.
Mehman dayım 20 Yanvar qırğını zamanı ağır yaralanmışdı, Abbasağa dayım da müharibə veteranı idi. Onları görəndə qürur duyurdum. Elə bilirdim ki, ən qorxmaz, ən cəsur insanlardı dayılarım. Hərdən onların hərbi libasını geyinib kəməri bağlayırdım belimə. Bax onda hərbçi olacağıma ümidim haha da artırdı.

Dayım 20 Yanvarda ağır yaralansa da Qarabağ savaşında da iştirak eləyirdi. Hər dəfə o dəhşətli mənzərələri efir vasitəsilə izləyir, dayımın döyüş haqqında fikirlərini eşitmək, yaxud düşmənə vurduğu zərbədən söz salmağını istəsəm də, necə deyərlər, məni başından eləyirdi.
Beləcə, 11-ci sinifdə oxuduğum zaman qəti qərar verdim ki, hərbçi olacaq, düşmənə qarşı savaşacağam.”
Anar sənədlərini hazırlayıb Heydər Əliyev adına Ali Hərbi Məktəbə təqdim eləyəndə nə atasının, nə də anasının xəbəri vardı. O yaxşı bilirdi ki, etirazla qarşılanacaq. Çünki böyük qardaşı Azər artıq həmin məktəbin kursantı idi. Yəni iki qardaşın biri hərbçi olacaqdısa, digəri valideynlərinin qulluğunda durmalıydı. İradə ana oğlunun atdığı addımdan xəbər tutanda artıq gec idi. Hətta o gün Anar atasının xəbər tutmaması üçün anasına o ki var yalvardı da. Çünki atasının atacağı addımı təxmin eləmişdi.
Beləcə, Azər qardaşı Anarla hərbi məktəbin həyətində rastlaşanda gözlərinə inanmadı:
-Xeyir ola, mənimlə görüşə gəlmisən?
-Yox, hərbçi olmağa gəldim.
-Necə yəni, imtahansız qəbul olur?
-Narahat olma qardaş, imtahanlardan müvəffəqiyyətlə keçmişəm, artıq kursantam.
Azər çaşıb qalsa da, qardaşının boynunu qucaqlayıb uğurlar dilədi. Az sonra Yaşar kişi də oğlunu hərbi libasda görüb xeyir-dua verdi.
İllər bir-birini əvəzlədikcə təhsil müddəti də başa çatdı.

Anar o günləri belə xatırlayır: - Pəncərənin önündə əyləşmişdim. Xəyalım məni heç vaxt görmədiyim Laçına, Şuşaya, Kəlbəcərə, Ağdərəyə, Ağdama çəkib aparmışdı. O yerlərdə olmaqdan qürur duyurdum. Bir də axı özümə söz vermişdim, söz vermişdim ki, düşmən caynağında inləyən o torpağı azad eləmək üçün varlığımı əsirgəməyəcəyəm. Odur ki, illərdən bəri arzu və istəklərimdən çələng hördüyüm cib dəftərçəmə yeni bir cümlə də əlavə elədim: "YA QƏHRƏMAN, YA GENERAL, YA DA ŞƏHİD olacağam.”

X X X

Anar Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dinləyici kursunu bitirdikdən sonra "N” saylı hərbi hissədə (Mingəçevirdə) kəşfiyyat bölüyündə tağım komandiri kimi fəaliyyətə başladı. O gün fərəhindən qəhərlənmişdi Anar. Bir zaman qardaşının və dayılarının hərbi libasını geyinib qürurlanan Anar artıq hərbçi idi, hətta çiynində qoşa ulduz parlayırdı.

-Yox, mən burada qalıb işləyə bilmərəm, axı özümə söz vermişəm. Namərd düşmənlə çəkəcəyim haqq-hesabım var, - düşündü Anar. Və komandanlıqdan xahiş elədi ki, ön xəttə göndərilməsi üçün razılıq versin.

Anar düşmənin ən çox hədəfdə saxladığı Ağdama yola düşdü və kəşfiyyat bölməsinin kəşfiyyat rəisi kimi fəaliyyətə başladı.
-O zaman düşmən tez-tez atəşkəsi pozur, mövqelərimizi atəşə tuturdu. Özlərini qalib göstərmək, üstünlük qazanmağa çalışırdılar. Hər dəfə də sərt müqavimətimizlə rastlaşaraq geri çəkilirdilər.

Talış kəndi istiqamətində düşmənin arxasına keçib əməliyyat keçirir, növbəti hücum üçün kəşfiyyat məlumatları əldə etməyə çalışırdıq. Axı kəşfiyyat ordunun görən gözü, eşidən qulağı, düşünən beynidir. Beləcə, Gülüstan qalasının həndəvərində lazımı məlumatları əldə edə bildik.
Hər zaman kəşfiyyata gedərkən elə bir zaman seçirdik ki, sübhə yaxın olsun. Çünki o zaman yuxunun ən şirin vaxtı, yəni düşmənin mürgü vuran vaxtıdır. Elə bir zamanda maneələr də aradan qalxır.

Gülüstan istiqamətində xeyli irəlilədik, hər tərəf meşəlik olduğu üçün qismən ləngisək də təyin olunan mövqeyə zamanında çatdıq. Çünki saat beş-altı radələrində fəaliyyətə keçəcəkdik. Bəzən gedəcəyimiz istiqamətdəki ətraf postlara minaatanlarla öncədən zərbələr endirirdik ki, hədəfimizi təyin edə bilməsinlər, yaxud da basqın edəcəyimizdən xəbərsiz olsunlar. Belə olan təqdirdə minaatanların zərbəsindən sonra kəşfiyyatın hərəkətindən zərrə qədər şübhələnmirdilər. Çünki bu taktikanı dəfələrlə təcrübədən keçirmişdik. Ona görə də hər hücumda 4-5 silahlını cəhənnəmə göndərirdik.

Sol tərəfimiz Qarqarçay, sağ tərəfimiz isə Xaçınçay idi. Geniş bir ərazi olsa da nəzarətdə saxlamaq üçün tez-tez kəşfiyyata çıxırdıq. Çünki son vaxtlar düşmən mütəmadi olaraq atəşkəsi pozur, adamı çilədən çıxarırdı. Komandanlıqdan razılıq alan kimi qarşıdakı postun ətrafında minaları basdırıb geri çəkildik. Az keçmədi ki, partlayışın yaratdığı toz dumanı səmanı bürüdü. Məhz həmin gün iki erməni silahlısı həyatla vidalaşmalı oldu, digər ikisi isə ağır yaralandı.

X X X

Ərazidə bir-birindən aralı iki ferma vardı. Biri neytral zonada, digəri isə düşmənin arxasında idi. Ermənilər hansı əraziyə sahib olduqlarını təyin etmək üçün sərhəd çəkmişdilər. Hər sütunun yanında nəyinsə simvolu olan üçbucaq işarələr vardı. Neytral ərazidəki fermanı ələ keçirib üçbucağı götürdükdən sonra elə oradaca post qurduq. Ermənilər xəbər tutanda artıq bir həftə idi ki, orada idik. Hücum etməyə cürət etmədilər. Amma üçbucaq üçün çox yalvardılar, "geri qaytarın” deyə. Hansı bir anlamı kəsb etdiyini bilməsək də, onlar üçün dəyərli bir əşya idi o üçbucaq. Ona görə də qətiyyətlə uşaqlara tapşırdım ki, onu əldən verməsinlər. Beləcə, həmin ərazidə xeyli sayda mina "əkdik”. Təbii ki, barını ermənilər "dərəcəkdi”.
Elə bu ərəfədə qonşu postların birindən bizimlə əlaqəyə girdilər. Xəbər verdilər ki, qarşı tərəfdəki səngərdə erməni hərbçiləri dikdirə çıxıb əl-qol hərəkətləri ilə havada nəsə cızırlar. Ehtiyatı əldən verməyin! Bu, vaxtında verilmiş məlumat idi. Təcili postu tərk elədik, yenicə aralanmışdıq ki, az öncə durduğumuz mövqeyimizi gülləbaran etdilər. Bəlkə də bir an geciksəydik – oradan - o güllə yağışında qurtula bilməyəcəkdik.

Düşmənin silahları susmaqda ikən onları əks tərəfdən atəşə tutduq. Məhv edildiyimizi zənn edən düşmən güllə yağışının yerini də təyin etməkdə şaşırdı. Şıdırığı döyüş dağları, daşları qabağına qatıb aparan sel kimi qorxunc idi. Amma əsgərlərimiz ölümə meydan oxumaqda idilər. O gün qorxmaz oğulların cəsarəti məni daha da ürəkləndirdi. Onda bir daha hiss elədim ki, məmləkəti düşmənlərdən təmizləmək üçün bir həftə çox olar.
Ayıqlığı ilə fəndgirliyi ilə seçilən Aslan çox cəsur oğul idi. Sanki qurd ürəyi yemişdi. Düşmənin üzərinə ayaq üstə yeriyirdi. Elə bil ölüm ondan çəkinirdi. O, pulemyotun qaqqıltısından vəcdə gəlirdi elə bil. Pulemyotun arxasına keçən kimi alıcı quşa dönürdü. Heyif ki, bu amansız savaşdan qurtula bilmədi. Yanındakı silahdaşının dediyinə görə, alnındakı qırmızı nöqtədən – düşmənin hədəfindən yayınmaq üçün təkrar-təkrar xəbərdarlıq etsə də: "Mən heç nədən qorxmuram, öz torpağımdamı gizlənəcəyəm?!”- deyərək daha da od püskürüb düşmənə sarı.
Dörd-beş saatlıq döyüşdən sonra düşmən o istiqamətdə güllə atmağa ethiyat edirdi.

X X X
Anar komandirlik etdiyi dəstəsi ilə birlikdə növbəti dəfə Gülüstan qalasının arxasına keçdi. Nə yorulmadı, nə usanmadı. Hər an öndə, qabaqda oldu. Hətta komandanlıqdan irad tutdular ki, çox qabağa keçmə, çünki düşmən hədəfi daim komandirləri nəzarətdə saxlayır. O, gülümsəyərək cavab verdi: "Türklər demiş: Söz konusu Vatansa, gerisi tafarruatdı. Mən əsgəri təkbaşına göndərə bilmərəm, komandir öndə olmalıdır ki, əsgər arxalı, dayaqlı olduğunu hiss etsin!”

Artıq əsgərlərimiz postun beş addımlığında idi. Nişançılar hədəfin göründüyünü söyləyən kimi komandir Məmmədov atəş əmri verdi. O gün amansız savaş neçə-neçə silahlını qanına qəltan elədi.

Gənc olmasına baxmayaraq, hər bir əsgərə xüsusi diqqət və qayğı göstərən, kəşfiyyat və döyüş zamanı əsgərlərdən öndə olan, qorxmazlığı, diribaşlığı ilə seçilən, ağıllı taktiki gedişləri ilə düşməni tora salan komandir Məmmədov həmin döyüşdə düşmən gülləsindən yayınsa da, təəssüf ki, minalardan qurtula bilmədi.

Ağdamın Əfətli, Çıraqlı, Baş Qərvənd, Çəmənli, Goranboyun Gülüstan, Talış və neçə-neçə kənd uğrunda həm kəşfiyyatda, həm də qızğın döyüşlərdə mərdliklə vuruşaraq kapitan rütbəsinə qədər yüksələn Anar Məmmədov, müasir ordumuzun bəlkə də ən gənc kəşfiyyat komandiridir.
Ehtiyatda olan zabit, kapitan Anar Məmmədov müdavimi olduğu hərbi məktəbdə sabahın komandirləri olan gənclərə texnikanın və döyüşün sirlərini öyrətməklə məşğul olsa da, yenə də savaş üçün hazır olduğunu söyləyir. Hətta sol qolunu qurban verməklə ölümə qalib gələn Anarın ən böyük bir arzusu da var. Deyir ki, "Kaş müharibə yenidən başlaya, torpaqlarımızı azad edək və düşmənlə sərhəddə ən yüksək zirvəyə bayrağımızı sancam!”
Bəli, cənab kapitan, o gün uzaqda deyil, inanırıq, inanırıq ki, SİZİN və sizin kimi oğulların sayəsində bayrağımız o zirvələrdə dalğalanacaq!

ÖTƏRXAN ELTAC
OXŞAR MÖVZULAR