Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fermerlərə yazlıq əkinlərinə görə subsidiya ödənişlərinə başlanıb



Newscenter.az.21.05.2020. Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib. Bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.

Qeyd edək ki, EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

Orxan
Xəbəri paylaş