Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır



Newscenter.az.31.05.2020. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan qondarma rejimi yenidən formalaşdırdı. Buradakı rəhbərliyə Araik Arutunyan gətirildi. Burada əsas diqqət çəkən məqam Samvel Babayanın "təhlükəsizlik katibi" gətirilməsidir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Samvel Babayan Azərbaycana qarşı müharibədə əsas iştirakçı olub:

“Onun buradakı missiyası əsasən Serj Sarkisyan və Robert Koçaryanın adamlarını nəzarətdə saxlamaq olacaq. Bir məsələni qeyd edim ki, bu gün Ermənistanda və Qarabağda qondarma rəhbərlikdə müharibə iştirakçıları deyil. Buna baxmayaraq onların siyasəti əvvəlkilərindən daha da radikaldı”.

Politoloq qeyd edib ki, Ermənistan iqtidarı hazırkı danışıqlar kursunun dəyişməməsində maraqlıdır:

“Status-kvonun qorunması və cəbhədə atəşkəsdən istifadə edərək, işğalçı tərəf öz müdafiə xəttini möhkəmləndirir. Bu il ərzində danışıqlar prosesində heç bir nəticə olmayacaq. Yay aylarında Azərbaycan tərəfi Ermənistanın mövqelərinə zərbələr endirərsə, bu Ermənistanda və Qarabağda ciddi siyasi çaxnaşmaya gətirə bilər. Həmçinin, Qarabağda məskunlaşma və infrasturukturun qurulmasının qarşısı alına bilər”.
Xəbəri paylaş