Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda koronavirusa yoluxanların sayı 9 402 nəfərə çatıb, 139 nəfər ölüb



Newscenter.az.1.06.2020. Ermənistanda daha 120 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 9 402-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 139-a çatıb.

Bildirilib ki, indiyədək 3 402 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 896 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu ötüb. Bunların 2,8 milyon nəfərdən çoxu sağalıb, 373 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş