Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək



Newscenter.az.3.06.2020. İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.
Xəbəri paylaş