Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp bu anarxistlərin etirazının qarşısını alacaq



Newscenter.az.3.06.2020. “ABŞ -da baş verən etiraz aksiyalarından müəyyən siyasi qüvvələr istifadə edir. Bu Trampa qarşı bir prosesdir. Burada Çin və Rusiyanın müəyyən qruplarla işləyib etirazları qızışdırdığı mümkündür”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, afroamerikalıların çoxu ABŞ cəmiyyətində cinayət və kriminala meyilli olublar:

“Onlara qarşı təhlükəsizlik işçilərinin zorakı üsullarla davranması daima davam edib və bundan sonra da edəcək. Bu etirazlar heç də polis zorakılığına qarşı etirazlar deyil. ABŞ polisinin səlahiyyətləri genişdir və onlar şübhəli şəxsləri silahla zərərsizləşdirəndə heç kim onlara etiraz etmir”.

Məhəmməd Əsədullazadə bildirib ki, son aylarda Trampla dərin dövlət arasında ziddiyyətin dərinləşməsi, Federal Ehtiyatlar Bürosu ilə görünməyən savaş bu etirazların tətiklənməsinə və Trampa qarşı istifadə edilməsinə gətirib çıxarıb:

“Etirazlar ifrat dərəcədə, vandalizm şəklində keçirilməklə birbaşa iqtisadiyyat və infrastrukturu hədəf alır. Bu insan haqlarının qorunması və polis zorakılığına qarşı etiraz deyil. Bu etirazlara heç cür haqq qazandırmaq olmaz. Bu Trampın hakmiyyətdən əl çəkməsinə hesablanan bir siyasi proseslərdi. ABŞ -ın fövqəl dövlət kimi zəifləməsi və iqtisadiyyatının sarsılması Rusiya və Çin kimi aqressiv ölkələrin işğal planının genişlənməsinə gətirə bilər. Qeyd edim ki, Tramp bu anarxistlərin etirazının qarşısını alacaq. Əgər, etirazlar svil şəkildə keçirilsəydi, Trampın mövqeyi zəifləyə bilərdi. Baş verən zorakılıq halları Trampın qətiyyətli addım atmasına və zorakılığa son verməklə mövqeyini güclənməsinə gətirə bilər”.
Xəbəri paylaş