Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da güclü zəlzələ olub



Newscenter.az.4.06.2020. ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.

Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və itki barəsində məlumat yayılmayıb.
Xəbəri paylaş