Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azercell abunəçiləri görüşdüyü insanlarda COVİD-19 olub-olmadığını müəyyən edə biləcək



Newscenter.az.21.06.2020. Azerccel koronavirus pandemiyasına qarşı mübarizədə mühüm yenilik edib.

Newscenter.az. şirkətə istinadən xəbər verir ki, bu məqsədlə "e-Tabib" mobil tətbiqi həyata keçirilib.

Belə ki, tətbiqi yüklədikdən sonra "Bluetooth" funksiyası aktiv edilir və tətbiq görüşdüyünüz insanları təyin edir:

"Əgər son 14 gün ərzində görüşdüyünüz insanlardan birində yoluxma faktı aşkarlanarsa, tətbiq vasitəsi ilə bu barədə məlumat əldə edəcəksiniz. Yoluxma riski barədə ən qısa zamanda məlumat almaq həm sizin, həm də yaxınlarınızın təhlükəsizliyi üçün önəmlidir. Əlavə olaraq tətbiq vasitəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbərləri, təlimatlar və anlıq yoluxma statistikaları barədə məlumat əldə edəcəksiniz. ⠀
Bütün bunların öhdəsindən yalnız birlikdə gələ bilərik. Hər birinizi məsuliyyətli olmağa və tətbiqdən istifadəyə dəvət edirik!"

Qeyd edək ki, sözügedən tətiqi aşağıdakı linkdən yükləyə bilərsiniz.
http://onelink.to/e-tabib
Xəbəri paylaş