Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır



Newscenter.az.29.06.2020. Sərnişin sayının azalması ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, hərəkəti müvəqqəti dayandırılan Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarıdır.

Elektrik qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırılması iyunun 30-dan tətbiq olunacaq.

Anar
Xəbəri paylaş