Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Şikarov müavin kimi ilk olaraq Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdi-FOTOLAR



Newscenter.az.3.07.2020. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov yeni təyinatı münasibətilə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Newscenter.az xəbər verir ki, Hikmət Şikarov daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Anar

Xəbəri paylaş