ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Azərbaycana humanitar yardım göndərib

5-07-2020, 15:00 | 216



Newscenter.az.5.07.2020. İyulun 5-də qardaş ölkə olan Türkiyə yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.

Newscenter.az xəbər verir ki, qardaş ölkənin bu addımını şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib:

“Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi COVID-19-a qarşı mübarizədə də birlikdədirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım bizim qardaşlığımızın bariz nümunəsidir. Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səylərlə çalışırlar. Türkiyə dövləti 120-dən artıq dövlətə belə yardım göndərib. Azərbaycan da 30-dan çox ölkəyə yardım göndərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da dəstək göstərib”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR