Türkiyədə zəlzələ olub
Tarix: 5-07-2020, 07:00
Newscenter.az.5.07.2020. Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtlda saat 23:12-də Bingöl əyalətində, Yedisu rayonunda qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ətraf ərazilərdə hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.