Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Şahdağ" Milli Parkında yanğın olub



Newscenter.az.8.07.2020. Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Bu barədə Newscenter.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Xəbəri paylaş