Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa daha 231,6 min insan yoluxub



Newscenter.az.22.07.2020. Dünyada son bir gün ərzində koronavirusa 213 mindən çox yoluxma aşkarlanıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 14,5 milyon nəfəri ötüb.

Məlumata görə, son bir gün ərzində yeni COVID-19-a 213 637 yoluxma qeydə alınıb, COVID-19-dan 4 083 pasiyent ölüb. Beləliklə, dünyada xəstəliyin aşkar edilmiş hallarının ümumi sayı 14 562 550 təşkil edir. Bununla yanaşı, virusdan ölənlərin sayı 607 781 nəfərdir.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə COVID-19-a 7 702 075 insan yoluxub. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə koronavirusa 3 103 674 yoluxma aşkarlanıb.
Xəbəri paylaş