Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis əməliyyat keçirdi, saxlanılanlar var

Polis əməliyyat keçirdi, saxlanılanlar var


Newscenter.az.25.07.2020. Cəlilabad, Tovuz, Salyan və Biləsuvar rayon sakinlərində narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini X.Həsənovun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kq 17 qram heroin və 286 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əlibəyli kənd sakini K.Eyyubovun iştirakı ilə mərhum qardaşının yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayevdən 455 qram marixuana götürülüb.

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri N.Manaflı və B.Nəcəfov saxlanılıblar. Şəxsi axtarış zamanı N.Manaflıdan 2 kiloqram 90 qramdan artıq heroin götürülüb.
Xəbəri paylaş