Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə 6 tona yaxın narkotik vasitə məhv edildi



Newscenter.az.27.07.2020. Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 5 ton 600 kq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş