ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AzMİU tələbəsinin startapı ölkə səsverməsində 1-ci yerə layiq görülüb

1-08-2020, 11:43



Newscenter.az.1.08.2020. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi Solmaz Fətullayeva British Council şirkətinin keçirdiyi 2020-ci ilin ən böyük video təqdimat müsabiqəsinin qalibi olub. Creative Spark Big Idea beynəlxalq yarışmasında S.Fətullayevanın “Road Buddy” adlı biznes ideyası ölkə səsverməsində 1-ci yerə layiq görülüb. Onlayn keçirilən yarışmada ölkəmizlə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ermənistan və Ukraynadan da gənclər iştirak edib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, AzMİU tələbəsinin Road Buddy adlı start-up ideyasının əsas məqsədi gözdən əngəlli şəxslərin yollarda asanlıqla hərəkət etməsinə yardımçı olmaqdır. Kiçik cihaz və mobil tətbiqdən ibarət olan biznes ideya gözdən əlil, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu asanlıqla və təhlükəsiz tapmalarını təmin edir. Eyni zamanda bu cihaz turizm sektorunda da tətbiq oluna bilər. Hazırda mövcud bazarda bu layihənin oxşarı və yaxud da hər hansı bir rəqibi yoxdur. Bu halda asanlıqla demək olar ki, layihə dünyada milyonlarla gözdən əlil insanlar üçün ümid və işığa çevriləcək.

Məlumat üçün qeyd edək ki, sözügedən biznes yarışı minlərlə gəncə (18-35 yaş arası) biznes ideyaları və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Platforma, həmçinin, gənclərin işsizliyinin narahatlıq doğurduğu və Covid-19 pandemiyasının dünya iqtisadiyyatına zərbə vurduğu bir vaxtda onlara öz profillərini inkişaf etdirməsinə və karyera imkanlarını artırmasına dəstək göstərir.

R.Mehdiyeva

Oxşar xəbərlər
SON XƏBƏRLƏR