Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı deputatlar Belarusdakı seçki prosesini dəyərləndiriblər-FOTOLAR



Newscenter.az.9.09.2020. Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Belarusda keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdədirlər.

Newscenter.az Milli Məclisin deputatı Kamran Bayramova istinadən xəbər verir ki, MDB İcraiyyə Komitəsinin Seçkilərə Müşahidə Missiyası çərçivəsində Belarusda səfərdə olan Milli Məclisin üzvləri missiyanın qərargahında Belarus Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və MDB İcraiyyə Komitəsinin sədri ilə keçirilən görüşdə iştirak ediblər.

Deputat Kamran Bayramov qeyd edib ki, vaxtından əvvəl səsvermənin izlənilməsi üçün bir sıra seçki məntəqəsinə baş çəkilib, səsvermənin gedişatı izlənilib:

"Həmçinin televiziya kanallarına seçki ilə bağlı təəssüratlarımızı bildirdik".

Anar
Xəbəri paylaş