ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Müğənni Aygün Aydın yeni klip çəkilişlərinə başlayıb-FOTOLAR

16-08-2020, 12:45



Newscenter.az.16.08.2020
. İstedadlı sənətçi, mədəniyyət sahəsindəki fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülmüş, vətənpərvər mahnıların ifaçısı, pop-estrada müğənnisi Aygün Aydın yeni klip çəkilişlərinə start verib.

Bu barədə Newscenter.az-a məlumat verən müğənni bildirib ki, klip çəkilişləri "Biri var" mahnısına çəkilir. Əsasən sevgi və məhəbbətdən bəhs edən mahnının söz və musiqisi Ramil Sadıqə məxsusdur.


Mahnının aranyemançısı isə Şahin Əhmədovdur.

Qeyd edək ki, sözügedən klipin rejissoru müğənni Aygün Aydın özüdür. Klipdə müğənninin tərəf müqabili model Fəriddir. Mahnının operator və montaj işləri Əfqana məxsusdur. Klipin çəkilişlərinə təşkilati dəstəyi isə "Qorqud" otel verib.
Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR