Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda siyasi və hərbi eskalasiyanın məsuliyyəti Ermənistanın üzərindədir



Newscenyter.az.31.08.2020. Ermənistan işğalçılıq niyyətinə uyğun olaraq təxribatlarının sayını artırır. İyul ayında Tovuz rayonu istiqamətində hərbi hücumun olması, əsgər və zabitlərimizin şəhid edilməsi, Goranboy istiqamətində erməni diversiya qrupunun hücum cəhdi, Paşinyanın Qarabağa getməsi və bilərəkdən Azərbaycan ictimaiyyətini qıcıqlandırmaq məqsədilə işğalçı ordunun nümayəndələrini təltif etməsi böyük bir təxribat planının tərkib hissəsidir. Görünür, Ermənistanın məqsədi Azərbaycanı müharibəyə təhrik etməkdir. Əlbəttə ki, bütün bu addımlara görə ümumən regionda siyasi və hərbi eskalasiyanın məsuliyyəti Ermənistanın üzərindədir.

Ermənistan regionda təhdid ocağı kimi bütün dünyada ifşa olunmalıdır. Paşinyan ailəsinin hakimiyyətinin silah, narkotik, qiymətli daşlar alverində vasitəçilik etməsi, Yaxın Şərq regionunda terrorçulara silah ötürülməsində Ermənistanın tranzit ölkəyə çevrilməsi, Qarabağın narkotacirlərin keçidi kimi “boz zona”ya və narkotiklərin yetişdirilməsi üçün plantasiyasiya dönüşdürülməsi beynəlxalq səviyyədə araşdırma tələb edən cinayətlərdir. Xüsusilə də, son vaxtlar Yaxın Şərqdən, Livandan ermənilərin Qarabağa köçürülməsi məsələsi diqqətdə saxlanılmalıdır. Ədalət, demokratiya, sülh, əməkdaşlıq axtarışında olan beynəlxalq təşkilatlar bu qanunsuzluqlara reaksiya verməlidir. Kim zəmanət verə bilər ki, Livandan köçürülənlər Paşinyanın könüllü hərbi birləşmələrində xidmət etməyəcək? Kim deyə bilər ki, sabah həmin livanlılar Azərbaycan ordusuna atəş açmayacaq? Suallar çoxdur və beynəlxalq təşkilatların da ilk vəzifəsi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdid olan Ermənistanla məşğul olmaq olmalıdır. Yalançı hesabatlarla Ermənistanı tərifləmək əvəzinə bu ölkənin cinayətlərini ifşa etməklə məşğul olmalıdırlar. Azərbaycana “demokratiya”, “insan hüquqları” adı altında təzyiq etmək əvəzinə 1 milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti ilə maraqlanmalıdırlar. Sual etməlidirlər ki, nə üçün Ermənistan 30 ildir azərbaycanlıları soyqırımına, işğala məruz qoyur, insanların doğma yurduna olan təbii hüququnu pozur?.

Bu gün artıq hər kəs bilir ki, Paşinyanın babası faşist ideologiyasının daşıyıcısı olub. Bu gün eyni zamanda ermənilərin abidəsindən mənəvi qida aldıqları Njde də faşist olaraq hərbi cinayətlərdə iştirak edib. Paşinyanın babası və Njde kimi faşistlər işğal edilmiş ərazilərdə mülki əhalinin, xüsusilə də yəhudilərin soyqırımı prosesində rol alıblar.

Hər kəsə bəllidir ki, bir neçə il öncə Ermənistanda faşist cəllad Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyuldu. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak etdi. Təsəvvür edin ki, Ermənistanda 6 metr hündürlüyündə heykəli qoyulmuş Njde Qaregin müharibə dövründə deyirdi ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Təsadüfi deyil ki, müharibədən sonra o, SMERŞ tərəfindən həbs olunub, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adamı qəhrəmanlaşdırmaq təbii ki, faşizm ideologiyasına ehtiramdan irəli gəlir. Məhz, Ermənistan hakimiyyətində təmsil olunanların faşist babalarından ibrət götürmələrini, onların əməllərini davam etdirmələrinin ən bariz nümunəsi də Xocalı soyqırımıdır. Ona görə də, onların bugünkü təxribatlarına təccüblənmək yox, kəskin adekvat cavab vermək siyasi-hərbi tələbə çevrilir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş