Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tarix: 5-09-2020, 19:31
Newscenter.az.5.09.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Newscenter.az xəbər verir ki, hazırda xəstələrin 131-i reanimasiyadadır.
Məlumata görə, 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 2 082 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 192 nəfərə, sağalanların sayı 34 565 nəfərə, vəfat edənlərin sayı isə 545 nəfərə çatıb.