Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat qazi və veteranlarla görüşdü, onların problemlərini dinlədi-FOTOLAR



Newscenter.az.11.09.2020. Biləsuvar rayonundan Milli Məclisə deputat seçilmiş Bəhruz Məhərrəmov rayondakı Heydər Əliyev parkında Biləsuvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, orada qazilər və veteranlarla görüşüb. Newscenter.az xəbər verir ki, deputat onları narahat edən problemləri, qayğılarını dinləyib.

Bəhruz Məhərrəmov bildirib ki, qazi və veteranlar müraciətlərində, gündəlik məişətdən, əkin torpaqlarının zəbt olunnasına qədər müxtəlif məsələləri dilə gətiriblər:

“Biz də səlahiyyətlərimizin imkan verdiyi qədər həllinə çalışacağıq. Bütün problemlərə baxmayaraq, hər biri tarix, canlı döyüş salnaməsi olan bu insanlardakı əzm, dövlətinə, Ali Baş Komandana sədaqəti bir daha hiss etmək qürurvericidir”.


Anar
Xəbəri paylaş