Sumqayıtın bəzi ərazisində su kəsiləcək
Tarix: 23-09-2020, 10:07
Newscenter.az.23.09.2020. Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Newscenter.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.