ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

24-09-2020, 14:08



Newscenter.az.24.09.2020. “Koronavirus pandemiyasına görə bu il Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) azalması gözlədiyimizdən az olacaq”.

Bunu “AzerGold” QSC-nin istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Əgər bu ilin may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözləyirik. Bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması, olacağı təqdirdə nə dərəcədə sərt keçməsi, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Hər iki sahədə qəbul edilən addımların ahəngliyi və bir-biri ilə uzlaşması, icra edilməsi kimi tədbirləri nəzərdə tuturam", - deyə o, qeyd edib.

Nazir sahibkarlara müraciət edərək onları pandemiyanın yayılmasının qarşısını almaq üçün onları həyata keçirilən tədbirlərə ciddi yanaşmağa çağırıb: “Bunlar yalnız onların və digər vətəndaşların həyatına, sağlamlığına deyil, həmçinin bizneslərinin uğuruna və yaxud uğursuzluğuna təsir edən əsas amillərdir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR