Prezident İsveçin Azərbaycana yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
Tarix: 24-09-2020, 10:32
Newscenter.az.24.09.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.