Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur
Tarix: 30-09-2020, 08:25
Newscenter.az.30.09.2020. Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var", - Nazirlikdən bildirilib.