Paşinyanın oğlu Qarabağda döyüşməkdən imtina etdi
Tarix: 30-09-2020, 11:40
Newscenter.az.30.09.2020. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu Aşotun Qarabağdakı döyüşlərə qatılacağını söyləmişdi.
Ermənistan KİV-nin yazdığına görə, bu populist açıqlamadan bir saat keçdikdən sonra o, yenidən danışaraq oğlunun cəbhəyə getməyinə lüzum olmadığını deyib.
"İndi aydın olub ki, oğluma döyüş meydanında ehtiyac yoxdur"-deyə o söyləyib.
Modern.az xəbər ki, Ermənistan müxalifəti Anna Akopyanın əvvəldən oğlunu cəbhəyə göndərmək istəmədiyini, Aşot Paşinyanın da Qarabağa getməkdən imtina etdiyini yazıb.