Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

UEFA "Qarabağ" və "Neftçi"yə pul ödədi



Newscenter.az.13.10.2020. “Qarabağ” və “Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

"Report"un məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro, əlavə səyahət xərclərindən ötrü 80 000 avro ödənilib.

“Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro əldə edib.
Xəbəri paylaş