Gürcüstanda parlament seçkiləri yekunlaşıb
Tarix: 31-10-2020, 20:14
Newscenter.az.31.10.2020. Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə prosesi başa çatıb.
Yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.
Məntəqələrdə səslərin sayılmasına başlanılıb. Gürcüstan üzrə seçki məntəqələrinin 2-5%-i üzrə hesablamalar başa çatandan sonra ilkin nəticələr elan olunacaq.
Yekun nəticələr isə səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq.