Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış etdi



Newscenter.az.5.11.2020. “Hazırda İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və "New York Times" jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, - o vurğulayıb.

2/We call @RSF_inter and @OSCE_RFoM to condemn and deplore physical/verbal threats/ abusive personal attacks against professional journalists/media who covered objective realities of Armenia-Azerbaijan conflict. Freedom of expression must be respected. @TF1 @nytimes @repubblica https://t.co/wUPWLVVr60

— Hikmet Hajiyev (@HikmetHajiyev) November 5, 2020
Xəbəri paylaş