ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi Ukrayna təmsilçisi oldu

21-12-2020, 10:20



Newscenter.az.21.12.2020. Türkiyənin, Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub

Newscenter.az xəbər verir ki, 2020-ci ildə pandemiya (COVID–19) səbəbindən online keçirilən yarışmada 26 ölkə və bölgənin təmsilçisi iştirak edib.
Dekabrın 20-də keçirilən müsabiqənin qalibi qaqauz əsilli Ukrayna muğənnisi Nataliya Papazoğlu olub, 2-ci yeri Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının, 3-cü yeri isə Bosnya və Hersoqovinanın nümayəndələri tutub.

Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosnya və Hersoqovina, Almaniya, Albaniya, Serbiya,Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edib. “Türkvizyon 2020”-nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edib. Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı Rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısnın ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək. Saytda səsvermə 1 yanvar 2021-ci ilədək davam edəcək.

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik Türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.

Bunlardan əlavə “TÜRKVIZYON" Türk Dünyası Mahnı Yarışmasının müxtəlif ölkələrin televiziya kanallarında, muxtar bölgələrdə və icmalarda canlı yayımlanması Türk mədəniyyətinin təbliğinə qatqı təmin etməkdə əhəmiyyətli bir amil olacaqdır.

Müsabiqəni 20-dək telekanal canlı yayımlayıb. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarıda izləmək mümkün olub.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR