Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təhsil platforması YUNESKO-nun rəsmi siyahısında



Newscenter.az.3.01.2021. Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb. Bildirilib ki, dünyada “COVID-19” pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib.

Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib.

R.Mehdiyeva
Xəbəri paylaş