Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il neçə nəfər peşə təhsili müəssisələrinə qəbul olunub?



Newscenter.az.4.01.2021. 2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nəticədə14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

Nazirlikdən o da bildirilib ki, 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.

R.Mehdiyeva
Xəbəri paylaş