Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməniləri Xudavəngə buraxmadılar

Erməniləri Xudavəngə buraxmadılar


Newscenter.az.6.01.2021. Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar.

“Report” xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb.

“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf (Ermənistan tərəfi – “Report”) yalnız 30 ziyarətçini türklərlə (Azərbaycan tərəfi – “Report”) razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışıb və dəli olmamaq – məsələ budur”, - o qeyd edib.
Xəbəri paylaş